AZXEBER.COM-un məlumatına görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, ilkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bununla bağlı Stansiyaya saat 18:31-də çağırış edilib.
Dağıntılar altında bir neçə nəfərin qaldığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə məlumatı təsdiqləyiblər və bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunublar.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildiriblər ki, "Lokomotiv" İdman-Sağlamlıq Mərkəzi onların balansındadır: "Partlayış mərkəzin qazanxanasında baş verib və dağıntılar altında 1 nəfərin qaldığı ehtimal olunur".
***
BŞTTTYS-dən Trend-ə verilən məlumata görə, partlayış zamanı orada 3 nəfərin olduğunu bildiriblər: "Onlardan 1 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı bəllidir. Daha bir nəfərin isə dağıntılar altında qalması ehtimal olunduğundan hazırda FHN-in əməkdaşları orada axtarış-xilasetmə işləri aparırlar.
"Azərbaycan Dəmir Yolları" QSC-dən daha sonra bildiriblər ki, artıq FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının axtarışları başa çatıb. Dağıntılar altında daha bir insanın qalması ehtimalı təsdiqlənmədi. Hazırda partlayışın səbəbləri araşdırılır. Məlumata görə, ölən 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov, yaralanan isə 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanovdur.