PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İQTİSADİYYAT
10:37 02.11.2026
211
PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf” mövzulu 12-ci AMFA Konfransında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanda mikromaliyyə sektorunun 30 illiyinə və AMFA-nın fəaliyyətinin 25 illiyinə həsr olunan tədbirdə dövlət qurumları, maliyyə institutları və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlib. Konfransda maliyyə inklüzivliyi, maliyyələşməyə çıxış imkanları, sektorun inkişaf perspektivləri və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən PAŞA Bankın Maliyyə İnstitutları və Xidmət Sənayesi üzrə rəhbəri Zahid Əfəndiyev banklarla bank olmayan kredit təşkilatları (BOKT) arasında əməkdaşlığın mikro və kiçik sahibkarların maliyyələşməyə çıxışında əhəmiyyətini vurğulayıb.

 

"PAŞA Bank olaraq BOKT-ları maliyyə xidmətlərinin daha geniş kütləyə çatdırılmasında mühüm tərəfdaş hesab edirik. Bizim üçün əsas göstərici ayrılmış vəsaitin həcmi deyil, həmin vəsaitin neçə sahibkara çatması, neçə biznesin inkişafına dəstək olması və iqtisadiyyatda nə qədər davamlı dəyər yaratmasıdır”, – deyə Zahid Əfəndiyev bildirib.

O, həmçinin bankların maliyyə resurslarının BOKT-ların mikro və kiçik sahibkarlarla iş təcrübəsi ilə birləşdirilməsinin əhəmiyyətinə, risklərin bölüşdürülməsi və zəmanət mexanizmlərinin inkişaf etdirilməsi imkanlarına toxunub.

PAŞA Bank maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarların maliyyələşməyə çıxışının asanlaşdırılması və ölkədə maliyyə inklüzivliyinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
12:37 02.11.2026
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
12:21 02.11.2026
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR
12:12 02.11.2026
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA
11:56 02.11.2026
Dərsə gəlməyən 10-11-ci sinif şagirdlərinin nəzərinə - Nazir müavinindən AÇIQLAMA
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
11:45 02.11.2026
Bu həftə bürcləri nə gözləyir? – Həftəlik astroloji proqnoz
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
11:39 02.11.2026
Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan fikirlər yayılır - Açıqlama
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
11:21 02.11.2026
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
11:14 02.11.2026
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
Qurban Bayramov vəfat etdi
10:39 02.11.2026
Qurban Bayramov vəfat etdi