Paşinyan: Azərbaycanla sülh hətta min il əhəmiyyət kəsb edəcək

Paşinyan: Azərbaycanla sülh hətta min il əhəmiyyət kəsb edəcək
SİYASƏT
17:41 11.03.2026
493
2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsbit edilən Ermənistan və Azərbaycan arasındakı sülh son iki il yarım ərzində Cənubi Qafqaz üçün ən mühüm hadisələrdən biri olub.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edərkən bildirib.

"Son iki il yarımın ən yaddaqalan hadisəsi Ermənistan və Azərbaycan arasında bərqərar edilmiş sülhdür. O, 8 avqust 2025-ci ildə ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və mən birgə bəyannamə imzaladığımız zaman rəsmən təsbit edildi. Bu sənəd mahiyyətcə Ermənistan və Azərbaycan arasında sülhü bərqərar etdi", - Paşinyan bildirib.

O vurğulayıb ki, bu gün Cənubi Qafqazda baş verən dəyişikliklər "minilliklərlə olmasa da, əsrlərlə" əhəmiyyət kəsb edir.

Baş nazir həmçinin bildirib ki, Vaşinqton bəyannaməsi çox vacib və həssas bir məsələni - regional kommunikasiyaların blokdan çıxarılmasını həll etməyə imkan verib.

"Bu səylər tərəflərin beynəlxalq və daxili kommunikasiyalarında qarşılıqlı fayda nəzərə alınmaqla, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisi vasitəsilə maneəsiz əlaqəni də əhatə edəcək", - o bildirib.

Paşinyanın sözlərinə görə, TRIPP (Tramp Marşrutu) layihəsi getdikcə konkretləşəcək. "Yaxın gələcəkdə Ermənistan və ABŞ müvafiq sazişlər imzalayacaq və layihənin praktik icrasına başlanılacaq", - Paşinyan bildirib.

"2025-ci il, 1991-ci ildə müstəqillik əldə edildikdən bəri sərhəddə ölən və yaralananların qeydə alınmadığı, sərhədyanı bölgə sakinlərinin atəş səsləri eşitmədiyi ilk il oldu", - o qeyd edib.
 
report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb
17:56 18.06.2026
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb
“Boşanmaya səbəb olan tərəfə nə aliment, nə də uşaq verilməlidir”
17:37 18.06.2026
“Boşanmaya səbəb olan tərəfə nə aliment, nə də uşaq verilməlidir”