Paşinyan hakimiyyəti istefa verəcək? - Politoloq mümkün variantları şərh etdi

Paşinyan hakimiyyəti istefa verəcək? - Politoloq mümkün variantları şərh etdi
SİYASƏT
14:09 22.01.2025
490
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməyə hazırlaşdığı və ölkəni növbədənkənar seçkilərə aparacağı iddia edilib.
 
Bu diqqətçəkən iddia ilə Paşinyanın sabiq müttəfiqi və deputat Ovik Ağazaryan çıxış edib.
 
Deputat xarici siyasətdə baş verən son hadisələrin növbədənkənar seçkilər üçün əlverişli zəmin yaratdığını və bunun hökumətin strateji maraqlarına xidmət edəcəyini güman edir.
 
Deputatın fikrincə, Paşinyanın siyasi mövqeyi yeni hüquqlar əldə etmək imkanı da yaradır.
 
Bəs, Ermənistandakı hazırkı hərc-mərclik, hakimiyyətdaxili böhranlar, kilsənin təzyiqləri yaxın gələcəkdə hansı proseslərə yol aça bilər?
 
Görəsən, rəsmi Kremlin Ermənistanın son addımlarına cavabı necə olacaq?
 
Həmçinin sözügedən iddianın reallaşması, Ermənistan hakimiyyətində dəyişiklik Azərbaycana nə dərəcədə təsir göstərəcək? 

Məsələ ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə AZXEBER.COM-a açıqlama verib.
 

 

Politoloqun dediklərinə görə, Ermənistanda Paşinyan hökumətinin istefa verməsindən sonra revanşist qüvvələr hakimiyyətə gələ bilər:

"Ermənistanda hakimiyyətin dəyişməsi potensial olaraq revanşistlərin hakimiyyəti ələ almasına gətirib çıxara bilər. Hazırda düşünmürəm ki, Ermənistanda hakimiyyətdaxili hərc-mərclik var. Bu ölkədə Paşinyan hökuməti proseslərə çox ciddi nəzarət edir. Təbii ki, müəyyən dövlətlərə işləyən qruplaşmalar mövcuddur. Orduda hələ də bəzi dövlətə bağlı qruplar var. Bu o demək deyil ki, Ermənistan hakimiyyəti üçün təhdid yaradır. Ermənistanda kilsənin keçirtdiyi aksiyalar da nəticəsini vermədi. Əlbəttə ki, Nikol Paşinyan hakimiyyətini gücləndirmək üçün növbəti növbədənkənar parlament seçkilərinə gedə bilər".
 
Siyasi şərhçi qeyd edib ki, Nikol Paşinyan hazırda çalışır ki, Köçəryan-Sarkisyan tandeminə qarşı öz hakimiyyətini qorusun:
 
"İndi parlamentdə bir sıra revanşist qrup yenə də Qarabağ məsələsini ön plana çıxarır, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar irəli sürən xəritələr yapışdırır. Göründüyü kimi, İrəvanda revanşistlər fəaldır. Onlar hakimiyyəti zəbt etsələr, bu region, Ermənistanın özü üçün də çox təhlükəli olacaq. Bu səbəbdən Nikol Paşinyan çalışır ki, hazırkı hakimiyyətini qorusun. Çünki Paşinyana indiki rəqibləri Köçəryan-Sarkisyan tandemi və kilsənin bu prosesdə onlara dəstək verməsidir. Şəksiz ki, Paşinyan hökuməti istefa versə, revanşist qüvvələr hakimiyyətə gələcək. Bu da Azərbaycanla yeni müharibə deməkdir. Bu mənada, bütün sülh danışıqlarının üzərindən xətt çəkilə bilər".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
12:53 08.03.2026
"Oğlum məni rədd etməyib" - Tanınmış prodüserdən Mahir Emreli açıqlaması
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
12:50 08.03.2026
Bu günədək Azərbaycan vasitəsilə 67 ölkənin 1873 vətəndaşı İrandan təxliyə olunub
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
12:43 08.03.2026
ABŞ səfirliyindən İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumuna sərt reaksiya - FOTO
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
12:38 08.03.2026
Tramp ABŞ-ın qalib gəldiyini və İranda “çox az” raket qaldığını bildirib
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
12:30 08.03.2026
Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir
12:22 08.03.2026
Uşaqlarınız mütləq səhər yeməyi yeməlidir
İranda yeni Ali Rəhbərlə bağlı razılığa gəldilər
12:12 08.03.2026
İranda yeni Ali Rəhbərlə bağlı razılığa gəldilər
İran ABŞ-nin Küveytdəki helikopter bazasına zərbə endirib
12:10 08.03.2026
İran ABŞ-nin Küveytdəki helikopter bazasına zərbə endirib
"İran peçi" faciəyə səbəb oldu
12:06 08.03.2026
"İran peçi" faciəyə səbəb oldu
Türkiyə İrana xəbərdarlıq etdi
11:58 08.03.2026
Türkiyə İrana xəbərdarlıq etdi
Osloda ABŞ səfirliyinin binası yaxınlığında PARTLAYIŞ
11:53 08.03.2026
Osloda ABŞ səfirliyinin binası yaxınlığında PARTLAYIŞ
KİV: İsrail İranın enerji obyektlərinə zərbələr endirir
11:45 08.03.2026
KİV: İsrail İranın enerji obyektlərinə zərbələr endirir
Tramp: İtaliyanın baş naziri ABŞ-İsrailin İranla müharibəsində kömək etməyə hazırdır
11:36 08.03.2026
Tramp: İtaliyanın baş naziri ABŞ-İsrailin İranla müharibəsində kömək etməyə hazırdır
"Axios": ABŞ Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlıları cəlb edə bilər
11:26 08.03.2026
"Axios": ABŞ Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlıları cəlb edə bilər
Alyona Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
11:21 08.03.2026
Alyona Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
11:15 08.03.2026
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir