Paşinyan: "Rusiya ilə münasibətlərdə heç bir gərginlik görmürəm"

Paşinyan: "Rusiya ilə münasibətlərdə heç bir gərginlik görmürəm"
DÜNYA
10:56 07.06.2026
334
"Mən inanıram ki, demokratiya həmişə regional əməkdaşlıq üçün işləyir və demokratiya regional sülh üçün bir vasitədir"
 
AZXEBER.COM xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun səsverməsindən sonra jurnalistlərlə söhbətində seçkilərin regiona təsiri ilə bağlı suala cavab olaraq bildirib.

"Mən dinc regional gələcəyimizə əminəm, çünki xoşbəxtlikdən Azərbaycanla sülhümüz var. Gürcüstanla çox dərin münasibətlərimiz var. Türkiyə ilə diplomatik münasibətlər qurmağı səbirsizliklə gözləyirəm. Əminəm ki, Türkiyə ilə dəmir yolu və avtomobil yolları da tezliklə açılacaq.

TRIPP regionumuzdakı bütün ölkələrə fayda verəcək oyun dəyişdirən bir layihədir. Bu, Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İrana fayda verir", - deyə Paşinyan əlavə edib.
 
O, əlavə edib ki, Rusiya ilə münasibətlərdəki gərginliyi daimi hesab etmir:

"Rusiya ilə münasibətlərin institusional təməli var və qarşılıqlı hörmətə əsaslanır. Ermənistanda fəaliyyət göstərən müəyyən qüvvələr Ermənistan-Rusiya münasibətlərində gərginlik yaratmağa çalışırlar. Bu gərginlik sadəcə Rusiya Prezidenti ilə çox yaxın münasibətlərimizin olması səbəbindən yaranmır", - deyə Baş nazir bildirib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilir və 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edir. Ümumilikdə 2.485.851 vətəndaş səs vermək hüququna malikdir.
 

OXŞAR XƏBƏRLƏR