"Azərbaycanın həyata keçirdiyi siyasət faydalı əməkdaşlığın inkişafına təsirsiz ötüşməyib”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rizvan Nəbiyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.
Deputat Rizvan Nəbiyev qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklərdən danışıb:
"Qlobal təhlükəsizlik mühitində baş verən dəyişiklik Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal və çoxtərəfli münasibətlərin inkişafına öz töhvəsini verib.
Bu gün Paşinyanın parlament seçkilərinə sülh proqramı ilə getməsi də Azərbaycanın uğurudur”.
Ölkəmizin həyata keçirdiyi balanslı və praqmatik siyasət müxtəlif tərəfdaşlar arasında etibarlı münasibətlərin qurulmasına, regional kommunikasiyaların inkişafına və qarşılıqlı əməkdaşlığın genişlənməsinə xidmət edir”.
Günel Hüseynli











































