Pasport almaq istəyənlər bu xəbəri oxusun

Pasport almaq istəyənlər bu xəbəri oxusun
Bütün Xəbərlər
15:04 02.06.2012
3580
Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi ilə İqtisadi siyasət Komitəsinin birgə iclası keçirilib. Iclasda bir sıra məsələlərlə yanaşı, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Dəyişikliklərə əsasən, ümumvətəndaş pasportlarının verilməsi müddəti 1 aydan 10 iş gününə endirilir.Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəa qanundan çıxarılır. Ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara veriləcək. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilməsi nəzərdə tutulur. Xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəkilinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir. Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın adı, atasının adı, soyadı dəyişdikdə və ya pasport, onun elektron daşıyıcısı yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir. Pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilməlidir.
OXŞAR XƏBƏRLƏR