Payızda təhsil distant formaya keçə bilər? - AÇIQLAMA

Payızda təhsil distant formaya keçə bilər? - AÇIQLAMA
SİYASƏT
13:13 01.09.2022
3568
Artıq yeni tədris ilinin başlamasına qısa müddət qalıb. Bununla paralel olaraq ölkədə epidemioloji vəziyyətin stabil olduğu deyilsə də, gündəlik yoluxma hallarında əvvəlki aylarla müqayisədə artımlar müşahidə olunur. Belə olan halda yeni tədris ilindi dərslər hansı formada başlayacağı müzakirə obyektinə çevrilib. 

Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə qeyd etdi ki, qeyri-adi hallar baş verməzsə, tədrisə sentyabr ayının 15-dən başlanılacaq. Nazir həmçinin vurğuladı ki, Azərbaycanda koronavirusla bağlı heç bir problem yoxdur. Hazırki mərhələdə Operativ Qərargahın verdiyi tövsiyyələrlə işimizi davam etdiririk.

Bəs, dərslərin hansı formada başlanması daha çox realdır və üstünlük hansı formaya verilməlidir?

 

Təhsil üzrə ekspert Elçin Əfəndi AZXEBER.COM-a açıqlamasında mövzu ilə bağlı fikirlərini bildirib. 


Ekspertin sözlərinə görə, dərslərin bütün istiqamətlərdə ənənəvi qaydada başlanılması daha məqsədəuyğundur:

"Məlumdur ki, ölkəmizdə kifayət qədər vaksinasiya aparılıb. Gündəlik yoluxmanın avqust ayında artım olsa da, karantin rejiminin sərtləşdirilməsin və ya məhdudiyyətlərin tətbiq olunması məsələləri yoxdur. Bunları nəzərə alaraq, dərslərin bütün istiqamətlərdə ənənəvi qaydada başlanılması daha məqsədəuyğundur. İstər məktəbəqədər, məktəbə hazırlıq, orta ümumitəhsil müəssisələrində ibtidai sinif və ya yuxarı siniflər, istər kolleclər, istərsə də universitetlərdə, yəni bütün istiqamətlərdə dərslərin əyani formada keçirilməsi vacibdir”.

Elçin Əfəndi bildirib ki, əvvəlki illərdə tətbiq edilən hibrid forma effektli olmadı:

"Bundan əvvəlki illərdə dərslər hibrid formada təşkil olundu. Bu isə bir o qədər də effektli olmadı. Ona görə də biz sentyabrın 15-dən etibarən dərslərin əyani formada başlanılmasının tərəfdarı olmalıyıq. Hər hansı bir məktəbdə və ya hansısa universitetdə qruplarda yoluxma halı qeydə alınarsa, bu zaman həmin sinifin və ya qrupa 14 gün müddətində distan təhsil verilməsi mümkündür. Kütləvi hal baş verdiyi halda həmin məktəbə və ya universitetə 14 gün müddətində dərslər distant tədrir olunur. Müddət başa çatdıqdan sonra, müvafiq dezinfeksiya işləri aparıldıqdan sonra yenidən onlar üçün əyani başlaya bilər”.

"Amma bir şagirdin və ya bir qrupun yoluxmasına görə, bütün respublikada dərsləri distanta keçirmək məntiqsizdir. Ona görə də, ən yaxşı yolu dediyim kimi tədbirlərin lokal şəkilədə görülməsidir. Ümumlikdə, dərslərin əyani formada başlaması vacibdir”, - deyə ekspert əlavə edib.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
15:41 08.11.2026
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
15:29 08.11.2026
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
İspaniyada hərbi təlim zamanı əsgər ölüb
15:25 08.11.2026
İspaniyada hərbi təlim zamanı əsgər ölüb
Prezident Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
15:19 08.11.2026
Prezident Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
Güclü küləkdə bayrağı xilas etmək istədi - Video
15:10 08.11.2026
Güclü küləkdə bayrağı xilas etmək istədi - Video
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı qarşılamasına dair videoçarx
15:09 08.11.2026
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı qarşılamasına dair videoçarx
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
15:03 08.11.2026
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir
15:01 08.11.2026
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - VİDEO
14:54 08.11.2026
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - VİDEO
Şuşada liderlərin təkbətək görüşü keçirilir
14:53 08.11.2026
Şuşada liderlərin təkbətək görüşü keçirilir
“Gözəl şeylər hiss edirik, hava da gözəldir” - Ərdoğan
14:45 08.11.2026
“Gözəl şeylər hiss edirik, hava da gözəldir” - Ərdoğan
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu”
14:33 08.11.2026
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu”
Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
14:30 08.11.2026
Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı
14:27 08.11.2026
Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı
"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
14:19 08.11.2026
"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:13 08.11.2026
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb