Polislər axtarışda olan Yeganəni ələ keçiriblər.
Bakıda dələduzluq etdiyinə görə axtarışa verilmiş şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Yeganə Mehdiyeva tutulub.
Qeyd edək ki, Y.Mehdiyeva vətəndaşın 130 min manat pulunu dələduzluq yolu ilə ələ keçirərək mənimsəməkdə təqsirləndirilir.