Paytaxtda “patı” satışı ilə məşğul olan 23 nəfər saxlanılıb - VİDEO

Paytaxtda “patı” satışı ilə məşğul olan 23 nəfər saxlanılıb - VİDEO
SOSİAL
19:27 26.07.2021
693
Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar paytaxtın Xəzər, Nəsimi və Binəqədi rayonlarında keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də, paytaxtın digər rayonlarında psixotrop maddə olan "patı”, "şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar həyata keçirilib.

Əvvəlcə Mərdəkan qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunan Qəmbər Əliyev, qardaşları İmamverdi və Əliqəmə saxlanılıblar.

Onların qəsəbə ərazisindəki evlərinin həyətinə baxış zamanı çəkisi 27 kiloqram olan 35 ədəd çətənə kolu, evdən isə 5 qram marixuana, 29 qram heroin, 9 qram metamfetamin və metadon həbləri aşkar edilib. Qəmbər Əliyev ifadəsində qardaşları ilə birgə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Həyata keçirilən digər tədbirlər zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Emil Heydərov və onun şəbəkəsinə daxil olan 12 nəfər şəxs saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Emil Heydərov müxtəlif yollarla əldə etdiyi narkotik vasitələrin Xəzər rayonu ərazisində bu şəxslərin köməkliyi ilə satışını təşkil edib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun "Kubinka”, "Şamaxinka” ,"Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha altı nəfər tutulub.

Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Əflatun Qəmbərov, Qurban Həsənov, Asif Məmmədli, Roman Həsənov, Tural Qarayev və Zeynal Rufullayev tutularaq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərlərinə və evlərinə baxış zamanı külli miqdarda hazır bükümlərdə satış üçün nəzərdə tutulan heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Onlar izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Binəqədi qəsəbəsində psixotrop maddələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Quliyev saxlanılıb.

Onun üzərinə və qəsəbə ərazisində yerləşən evinə baxış zamanı 1 kiloqram 240 qram metamfetamin, altı qram heroin və tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı onun Binəqədi rayonu və ətraf ərazilərdən müxtəlif vaxtlarda 20-yə yaxın ayrı-ayrı evlərdən oğurluqlar etdiyi də məlum olub. Ramil Quliyevin yaşadığı evə baxış zamanı oğurluq yolla əldə etdiyi məişət əşyaları da aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Xəzər, Nəsimi və Binəqədi Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.

Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - Heç kimi incitmək NİYYƏTİM OLMAYIB
16:55 17.09.2026
“Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - Heç kimi incitmək NİYYƏTİM OLMAYIB
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
16:37 17.09.2026
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
16:32 17.09.2026
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
Azərbaycanda zəlzələ oldu
16:26 17.09.2026
Azərbaycanda zəlzələ oldu
Prezident onu təltif etdi - FOTO
16:24 17.09.2026
Prezident onu təltif etdi - FOTO
Xankəndi Avropaya açılır: İlk qardaşlaşma proseduru başladı - FOTOLAR
16:22 17.09.2026
Xankəndi Avropaya açılır: İlk qardaşlaşma proseduru başladı - FOTOLAR
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:19 17.09.2026
İCMA və AGTL arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət
16:05 17.09.2026
Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR
16:04 17.09.2026
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR
Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB
15:40 17.09.2026
Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
15:20 17.09.2026
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu
15:15 17.09.2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu
Şəmkirdə illər əvvəl törədilən qətlin TƏFƏRRÜATLARI
15:10 17.09.2026
Şəmkirdə illər əvvəl törədilən qətlin TƏFƏRRÜATLARI
ADMİU-dan xaric edilən tələbə: “Təhsilimi davam etdirmək istəyirəm” - VİDEO
15:08 17.09.2026
ADMİU-dan xaric edilən tələbə: “Təhsilimi davam etdirmək istəyirəm” - VİDEO
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
15:03 17.09.2026
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu
14:46 17.09.2026
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu