Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Paytaxtda silsilə oğurluqlar edən şəxs saxlanıldı
SOSİAL
15:02 23.06.2026
326
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt ərazisində bir gecədə silsilə oğurluqlar törətməkdə şübhəli bilinən S.Səfərov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs gecə saatlarında Səbail rayonu ərazisində yerləşən köşklərdən birinə daxil olaraq oradan pul vəsaiti və mobil telefon oğurlayıb. 

O, analoji əməli Nəsimi rayonu ərazisində də törədib. Belə ki, həmin şəxs digər bir ticarət obyektindən ümumi dəyəri 6600 manat olan 5 ədəd mobil telefonu talayıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR