Bakıda top mərmisi aşkarlanıb. AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, paytaxtın Nizami rayonunda döyüş sursatı aşkarlandıqdan sonra FHN-in mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər. Mütəxəssislər tərəfindən 2 ədəd 100 millimetrlik təlim üçün top mərmisi aşkar edilərək götürülüb.