Paytaxtın bu rayonunda su olmayacaq

Paytaxtın bu rayonunda su olmayacaq
Bütün Xəbərlər
12:59 22.04.2014
932
Yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar içməli suyun verilməsi dayandırılacaq
Paytaxtın Nizami rayonunun bir hissəsi susuz qalacaq.
"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti, 2 ünvanında yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 22 aprel 2014-cü il tarixdə Nizami rayonunun Qara Qarayev prospektinə, Özbəkistan, Azər Manafov, Əli Vəliyev, Rizvan Teymurov və Tofiq Abbasov küçələrinə içməli suyun verilməsi saat 19:00 radələrinədək dayandırılacaq.
Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR