Paytaxtın iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq

Paytaxtın iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
SOSİAL
08:22 02.10.2026
225
Paytaxtın Xətai və Suraxanı rayonlarında qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz” İstehsalat Birliyindən AZXEBER.COM-a verilən məlumata görə, təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar bu gün, oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək paytaxtın Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Məlumata görə, Xətai rayonunda A. Səhhət küçəsinin, Suraxanı rayonunun Bülbülə qəsəbəsində isə Nizami, Ə. Ələkbərov, M. Ə. Sabir, M. Bəydəmirov, N. Nərimanov, Ç. Nəzərov, Mənbə, M. Abdullayev və S. Bəhlulzadə küçələrinin qaz təchizatı dayandırılacaq.
OXŞAR XƏBƏRLƏR