Paytaxtın mərkəzi küçələri bir müddət bağlı qalacaq. AZXEBER.COM-un məlumatına görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. İstiqlaliyyət küçəsindən Niyazi küçəsi və Niyazi küçəsindən Azərbaycan prospekti istiqamətində bütün yollar təmir-tikinti işlərilə əlaqədar bağlanıb. Təmir işləri yekunlaşdıqdan sonra yollarda nəqliyyatın hərəkəti bərpa olunacaq. Bakı şəhər DYPİ sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görür.