Pedro Alyana Paraqvayın Prezidenti olub

Pedro Alyana Paraqvayın Prezidenti olub
DÜNYA
07:03 07.11.2026
76
Paraqvayın vitse-prezidenti Pedro Alyana Prezident Santyaqo Penyanın impiçmentlə vəzifəsindən uzaqlaşdırılmasından sonra yeni dövlət başçısı kimi and içib.

AZXEBER.COM xəbər verir ki, mərasim Paraqvay Konqresinin senatorlar Palatasının "YouTube" kanalında yayımlanıb.

P.Alyana parlamentin hər iki palatasının deputatlarının iştirakı ilə and içib.

Bundan əvvəl Paraqvay Senatı Santyaqo Penyanı vəzifə borclarını düzgün yerinə yetirməməkdə təqsirli bilib və onu Prezident vəzifəsindən kənarlaşdırıb. Senatorlardan 44-ü bu qərarın lehinə səs verib, bir nəfər iştirak etməyib.

İmpiçment proseduru təxminən 3 milyon müştərinin hesablarını donduran "Ueno Bank" bankı ətrafındakı qalmaqal fonunda başladılıb.
OXŞAR XƏBƏRLƏR