Katarakt

Pedro Kastilyo Perunun yeni prezidenti seçilib

DÜNYA
09:24 11.06.2021
264
Peruda keçirilən prezident seçkilərində "Azad Peru” radikal solçu partiyasının nümayəndəsi Pedro Kastilyo qalib gəlib.

AZXEBER.COM TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Seçki Proseslərinin Milli Ofisi tərəfindən səsvermənin ikinci turunun protokollarının nəticələrinin açıqlanmasından sonra bildirilib.

Bülletenlərin təxminən 99,2 faizi hesablanıb. Nəticələrə əsasən Pedro Kastilyoya seçicilərin 50,1 faizi (8 800 081) səs verib. Ölkənin 6,3 milyondan çox seçicisi, yaxud səsvermə hüququ olan vətəndaşların 25 faizindən çoxu seçki məntəqələrinə gəlməyiblər.

Səlahiyyət müddəti beş il olan yeni seçilmiş prezident iyulun 28-də vəzifəsinin icrasına başlayacaq.

OXŞAR XƏBƏRLƏR