“Pəncə-Qılınc” hərəkatının məqsədləri: Ankara 30 illik terrorla mübarizəyə... – Təhlil

“Pəncə-Qılınc” hərəkatının məqsədləri: Ankara 30 illik terrorla mübarizəyə... – Təhlil
SİYASƏT
13:27 21.11.2022
432
Türkiyə Suriyanın Tel Rıfat, Ayn əl-Ərəb bölgələrində və İraqın şimalında PKK,PYD, YPG terrorçularına qarşı "Pəncə-Qılınc” kod adlı irimiqyaslı hərbi əməliyyatlara başlayıb. 

Hərəkat İran ilə sərhəddən Aralıq dənizinədək 1000 kilometr uzunluqda və 200-250 kilometr dərinlikdə silahlı və silahsız PUA-lar, komanda-qərargah təyyarələrinin iştirakı ilə həyata keçirilir.  Hərəkatda 50-yə yaxın döyüş təyyarəsinin iştirak etdiyi deyilir.

Taksim terroruna cavab

Türk Silahlı Qüvvələri bundan öncə Suriya və İraqda keçirdiyi hərbi əməliyyatlarda olduğu kimi BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürüb. Həmin maddəyə görə təkcə Türkiyə deyil, istənilən ölkə öz ərazisinə, sərhədlərinə, suverenliyinə yarana biləcək təhdidlərin qarşısını almaq üçün antiterror əməliyyatı keçirə bilər. 

Hazırda keçirilən antiterror əməliyyatları hərbi hava qüvvələrinin istirakı ilə həyata keçirilsə də mümkündür ki, yaxın günlər ərzində quru əməliyyatı ilə genişlənə bilər. Prinsip etibarilə Türkiyənin quru antiterror əməliyyatları başlaması üçün də əsas var. 

Belə ki, PKK, YPG, PYD terrorçuları Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi və Qaziantep şəhərinin Karkamış rayonuna raket zərbələri endirib. Ankara bunu əsas göstərərək quru əməliyyatlarına başlaya bilər.

Ankaranın məqsədi

Taksimdə baş verən terakt Türkiyəyə şərtləri öz xeyrinə dəyişə bilmə imkanını yaratdı. Ankara başlatdığı "Pəncə-Qılınc” hava hərəkatı və sonrasında başladacağı quru hərəkətı ilə buna nail ola bilər.

Birincisi, Türkiyə 30 ildən artıqdır ki, ölkədə daxilində və xaricində PKK, YPG, YPD terror təşkilatları ilə mübarizə aparır. Bu mübarizə nəticəsində PKK-ya ölkə daxilində ciddi zərbələr endirilib. Lakin adıçəkilən terror təşkilatları bu gün İraqda, xüsusən də Suriyada xarici qüvvələrin dəstəyi ilə yenidən təşkilatlanır, hətta daha da güclənir. Ankara keçirəcəyi bu əməliyyat ilə PKK, YPG, YPD-nin Şimali İraq və Şimali Suriya qanadlarını strateji nöqtələrini və hərbi obyektlərini məhv edə bilər. 

İkincisi, rəsmi Ankara cənub sərhədlərində həm təhlükəsizliyi təmin etmək, həm də suriyalıların geri qaytarılmasını həyata keçirmək üçün 30 kilometrlik təhlükəsiz bölgəni yarada bilər.

Vaşinqton və Moskvanın səssizliyi

Türkiyənin keçirdiyi "Pəncə-Qılınc” kod adlı irimiqyaslı hərbi əməliyyatlara ABŞ və Rusiyanın səs çıxarmaması diqqət çəkir. Hətta Rusiyanın nəzarətində olan hava limanlarından biri Türkiyənin hərbi təyyarələri üçün açılıb.
Ankaranın əməliyyatına Rusiya və ABŞ-ın səssiz qalmasının siyasi səbəbləri də var:
Rusiya hazırkı geosiyasi şərtlərdə Türkiyə ilə uzlaşmağa məcburdur. Xüsusilə də Ukrayna-Rusiya müharibəsi fonunda Ankaranın əli olduqca güclüdür. Kreml indiki məqamda Türkiyə ilə münasibətləri pisləşdirmək istəmir. Buna görə də Ankaranın Suriya və Ankarada keçirdiyi əməliyyatlara səssiz qalmaqla kifayətlənir.

ABŞ-a gəldikdə isə Vaşinqton yaxşı başa düşür ki, indiki məqamda Türkiyəyə etiraz etmək Ankaranın əlini daha da gücləndirəcək. Məsələ ondadır ki, Türkiyə tərəfi haqlı olaraq Vaşinqtonu Taksim teraktında günahkar görür. Yəni ABŞ bu teraktı birbaşa törətməsə belə açıqca dəstəklədiyi PKK, YPD törədib. 
Vaşinqton Rusiya ilə gərginlik fonunda Ankaranı küsdürmək istəmir. Digər bir vacib məqam isə NATO-nun Finlandiya və İsveç üzərindən genişlənmə planı da Türkiyədən asılı olmasıdır. 

Nəticə etibari ilə Türkiyə Suriyada və İraqda PKK YPD, YPG terror təşkilatlarına zərbə vurmaq və üçün 30 kilometrlik təhlükəsiz bölgənin yaratmaq üçün tarixi fürsət əldə edib. Türkiyə buna nail olsa 30 illik terrola mübarizə çərçivəsində tarixi irəliləyiş əldə edəcək.

Politoloq Turan Rzayev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
15:34 03.07.2026
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
15:32 03.07.2026
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
15:19 03.07.2026
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
14:51 03.07.2026
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
14:41 03.07.2026
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
14:40 03.07.2026
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
14:38 03.07.2026
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
14:34 03.07.2026
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
14:31 03.07.2026
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
14:18 03.07.2026
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
İlqarə Kazımovadan növbəti yenilik - VİDEO
14:16 03.07.2026
İlqarə Kazımovadan növbəti yenilik - VİDEO
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
13:49 03.07.2026
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
13:47 03.07.2026
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
13:32 03.07.2026
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
13:29 03.07.2026
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
13:17 03.07.2026
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…