17:57 Bazar Günü, 26 Yanvar 2020
KRİMİNAL

Penitensiar Xidmətin rüşvət alan bölük komandirinə hökm oxundu

18:59, 04.12.20194270
Penitensiar Xidmətin rüşvət alan bölük komandirinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin hökmdə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin 311.2.3 (təkrar rüşvət alma) maddəsi ilə ittiham edilir.

Rəsmi ittihama görə, K.Həsənov tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı və uzunmüddətli məzuniyyətlər üçün rüşvət alıb. K.Həsənov özünü təqsirli bilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ