Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödəniləcək?
SOSİAL
22:05 09.10.2026
199
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial şəbəkələrdə Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

AZXEBER.COM xəbər verir ki, ƏƏSMN yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

"Sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanda pensiya alan şəxslərə hər üç aydan bir əlavə olaraq 30 manat ödənilməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir", - deyə nazirlikdən vurğulanıb.
OXŞAR XƏBƏRLƏR