Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat açıqladı

Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat açıqladı
İQTİSADİYYAT
15:21 14.07.2025
1863
Son dövrlərdə Rusiya və Gürcüstanda pensiyaçıların kommunal xidmətlərə dair maliyyə yükünü azaltmaq məqsədilə dövlət tərəfindən ödənişlərin zəruri hissəsinin qarşılanması təcrübəsi tətbiq olunur. Məsələn, Rusiyada aşağı gəlirli yaşlı vətəndaşların kommunal xərcləri bir ailənin gəlirinə görə müəyyən norma ilə məhdudlaşdırılaraq subsidiya və ya endirimlər verilir. Bəzi regionlarda 70-80 yaşlı vətəndaşlara ödənişlərin 50-100 %-i qədər imtiyazlar var. Gürcüstanda isə sosial cəhətdən həssas ailələr elektrik və su üçün tarif fərqini dövlət hesabına ödəyən sistemdən istifadə edirlər .

Bu cür təcrübə Azərbaycanda mümkün ola bilərmi? 

Məsələ ilə bağlı  Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, inkişaf etmiş ölkələrdə daha geniş yayılan və effektiv hesab olunan mexanizm pensiyaların məbləğinin artırılmasıdır:

"Çünki pensiyaların məbləğinin artırılması praktiki olaraq vətəndaşlara imkan verir ki, öz pensiyaları hesabına kommunal xərclər də daxil olmaqla digər zəruri ehtiyaclarını qarşılasınlar. Buna görə də Azərbaycanda da mərhələli şəkildə pensiya məbləğlərinin artırılması əsas hədəflərdəndir".

Deputatın sözlərinə görə, artıq bu istiqamətdə ilk addımlar atılıb - 2025-ci ildən etibarən minimum pensiya məbləği 280 manatdan 320 manata qədər artırılıb. O əlavə edib ki, növbəti illərdə də pensiyaların artırılması dövlətin sosial prioritetlərindən biri olaraq qalacaq:

"Azərbaycanda tətbiq edilən model modern yanaşmaya əsaslanır. Məqsəd, inkişaf etmiş ölkələrdə olduğu kimi, mərhələli şəkildə pensiya məbləğinin artırılması və vətəndaşların həm dövlət, həm də özəl pensiya olmaqla iki mənbədən gəlir əldə etməsinə nail olmaqdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər