Pensiyalar nə qədər artacaq?

Pensiyalar nə qədər artacaq?
İQTİSADİYYAT
11:08 02.02.2021
7631
Cari il üçün yenə əmək pensiyalarının sığorta hissəsi 2020-ci ilin orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun analoji qaydada indeksləşdiriləcək. Fərdi hesablarda toplanan kapitalların isə istehlak qiyməti indeksinin artım faizinə uyğun indeksləşdiriləcəyini gözləmək olar.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, cari ildə pensiyalarının artırılması haqqında, onun miqyası ilə bağlı danışarkən mütləq buna şərait yaradan maliyyə imkanlarını analiz etmək mütləqdir.

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hər il dövlət büdcəsindən ayrılmış vəsaitlərin həcmində müəyyən yüksəliş müşahidə edilir. Elə bu səbəbdən də cari il üçün planlaşdırılan pensiya məbləğləri ötən ilin göstəricilərilə müqayisədə 13% çoxdur.

Belə ki, bu il əmək pensiyalarının orta aylıq həcmi 338 manata, yaşa görə əmək pensiyalarının orta məbləği isə 370 manata çatdırılması hədəf olaraq qarşıya qoyulub.

E.Əmirov əlavə edib ki, bu hədəflərə nail olmaq üçün bu ilin dövlət büdcəsində sosial təyinatlı xərclər üçün 3690 milyon manatdan artıq vəsait nəzərdə tutulur:

"Bunu 2020-ci illə müqayisə etsək, görərik ki, bu göstərici ötən illə müqayisədə 14,1 faiz çoxdur. Bu göstəricinin, yəni sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin büdcə xərcləri daxilində olan xüsusi çəkisinə gəldikdə isə bu, 13%-ə yaxın bir həddədir.

Bu xüsusi çəki göstəricisi də ötən illə müqayisədə 1,1% çoxdur. Hətta həmin xərclər ÜDM-ə nisbətən də 2020-ci illə müqayisədə daha yuxarı həddədir".

İqtisadçı hesab edir ki, eyni zamanda DSMF büdcəsinə balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün yönəldiləcək vəsaitin ötən illə müqayisə də təxminən 37% çox olması da nəzərə alınmalıdır.

Başqa sözlə, 2020-ci illə müqayisədə 442 milyon manat artıq olmaqla cari il üçün bu məbləğ 1631 milyon manat təşkil edəcək. Məhz bu vəsaitlər hesabına 1,3 milyon nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının bir hissəsinin maliyyələşdirilməsi həyata keçiriləcək.

Mütəxəssisin sözlərinə görə, hazırda sual cari ildə pensiya artımı ilə bağlı indeksasiyanın necə aparılacağıdır.

Hazırda cari il üçün pensiya məbləğlərinin əməkhaqqının artım tempinə uyğun indeksləşdiriləcəyini gözləmək olar. Bu zaman pensiyaların həm sığorta hissəsinin, həm də fərdi hesabla toplanan kapitalların indeksləşdirilməsi gözlənilir. Bütün proseslərin avtomatlaşdırılmış qaydada icra edilməsi nəzərdə tutulur:

"Hazırda ölkədə minimum pensiya məbləği 200 manat təşkil edir. İlin əvvəlindən isə orta aylıq nominal əmək haqqı illik müqayisədə 21.7% artıb.

Buna görə də pensiyaların sığorta hissəsinin bu göstəriciyə uyğun artması gözlənilir. Nümunə üçün qeyd etmək olar ki, 2019-cu ildə orta aylıq nominal əmək haqqı illik təxminən 16,6% artığından əmək pensiyaların sığorta hissəsi də eyni nisbətdə artılmışdır.

Cari il üçün yenə əmək pensiyalarının sığorta hissəsi 2020-ci ilin orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun analoji qaydada indeksləşdiriləcək. Fərdi hesablarda toplanan kapitalların isə istehlak qiyməti indeksinin artım faizinə uyğun indeksləşdiriləcəyini gözləmək olar".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı