Pentaqon hesabat verəcək!

Bütün Xəbərlər
08:10 30.04.2011
1624

AZXEBER.COM portalının “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, konqresə təqdim edilən hesabatda Müdafiə Nazirliyi taliblərin qüvvə toplaması və beynəlxalq qüvvələrin nəzarətində olan əraziləri ələ keçirməsi ilə nailiyyətlərin çətinliklə əldə edildiyini bildirib.

2010-cu ilin oktyabr və cari ilin mart ayı arasındakı müddəti əhatə edən sənəddə zorakılıqların vüsət aldığı deyilir. Pentaqon təhlükəsizlik məsuliyyətini üzərinə almağa hazırlaşan əfqan ordusuna kifayət qədər hərbi təlimlər verilmədiyindən şikayətlənib. Nazirlik siyasi durumun da nailiyyət əldə edilməsinə yardım etmədiyini deyib.

ABŞ prezidenti Barak Obamanın sərəncamına görə, Amerikanın Əfqanıstandakı qüvvələri iyul ayından başlayaraq ölkəni tərk edəcək.

 

OXŞAR XƏBƏRLƏR