Pentaqon İrana qarşı əməliyyatın adını dəyişə bilər

Pentaqon İrana qarşı əməliyyatın adını dəyişə bilər
DÜNYA
08:42 13.05.2026
150
ABŞ Müdafiə Nazirliyi atəşkəsin pozulacağı halda İrana qarşı mümkün hərbi əməliyyatın adını "Epik Qəzəb”dən "Balyoz Əməliyyatı”na dəyişməyi nəzərdən keçirir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu addım Konqresə təqdim olunmalı olan 60 günlük bildiriş prosedurundan yayınmaq məqsədi daşıya bilər.
 
Əgər qərar təsdiqlənərsə, ABŞ ordusunun İrana qarşı gələcək əməliyyatları rəsmi olaraq "Balyoz Əməliyyatı” adı ilə həyata keçiriləcək.

İddia ABŞ prezidenti Donald Trampın "atəşkəs ən zəif nöqtəsindədir” açıqlamasından sonra gündəmə gəlib və Vaşinqtonun mümkün yeni hücum ssenarilərinə hazırlaşdığı kimi qiymətləndirilib.

Gülay
OXŞAR XƏBƏRLƏR