Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə verib
SOSİAL
11:18 18.08.2025
2419
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı təqsirləndirilən mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyevanın, sabiq şöbə rəisləri Hamlet Mustafayev və Elnur Əhmədlinin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Fatimə Bağırova deyib ki, hadisə baş verən mərkəzdə tibb bacısı işləyib:

"Mən mərkəzdə gündüz növbəsində çalışırdım. Səhər işə gələndə gördüm ki, şöbəmiz yanıb, ətraf su içindədir. Orada olan uşaqları başqa yerə, mənimlə birgə iki tibb bacısını isə "Yeni Klinika”ya göndərdilər. Mehriban xanımı mərkəzin direktoru, Hamlet həkimi isə beşinci mərtəbədə yerləşən şöbənin müdiri olaraq tanıyıram. Bizim şöbədə elektrik uzadıcılardan istifadə edilirdi, bununla bağlı hər hansı bir qadağa yox idi”.

Perinatal Mərkəzdə böyük tibb bacısı vəzifəsində çalışmış Məxbilə Qurbanova deyib ki, işə gələndə şöbənin su içində olduğunu və hər şeyin yarasız vəziyyətə düşdüyünü görüb. O, həmçinin əlavə edib ki, təqsirləndirilən şəxsləri tanıyır.

"Əvvəl mərkəzin strukturu fərqli idi. 2021-ci ildə TƏBİB mərkəzdə iclas keçirdi. Bununla da mərkəzdə struktur dəyişikliyi oldu. Bunu bizə iclas zamanı dedilər. Bizi şöbə etdilər. O vaxtdan Hamlet həkimin bölməsinin tabeliyində işləyəməyə başladıq. Əvvəl bizdə 2 otaq olsa da, daha sonra 4 edildi. Xəstə artımı çox olduğu üçün hətta otaq sayını 6 etmək istəyirdilər. Otaq sayı 2 olanda rahat işləyirdik. 4 otaq olanda küvəzlər bir-birinə daha da yaxın oldu. Körpələrin sayı çox olduğu üçün otağa girmək mümkün deyildi. Dəfələrlə Mehriban xanıma iş yükünün çoxluğu ilə bağlı məlumat versək də, bizə "işi bacarmayan çıxa bilər” deyirdi",- deyə şahid bildirib.

Növbəti iclas avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
 
report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
05:08 29.10.2026
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
04:56 29.10.2026
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
04:46 29.10.2026
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
Yaponiyada güclü zəlzələ baş verib
04:36 29.10.2026
Yaponiyada güclü zəlzələ baş verib
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
04:23 29.10.2026
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
04:12 29.10.2026
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
04:00 29.10.2026
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
03:50 29.10.2026
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
03:40 29.10.2026
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
03:30 29.10.2026
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
03:20 29.10.2026
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
03:10 29.10.2026
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
03:00 29.10.2026
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
02:50 29.10.2026
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
02:40 29.10.2026
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
02:30 29.10.2026
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib