Pərvinin sevgilisi onu şantaj etdi: “Başına oyun açdığı tək mən deyildim” – VİDEO

MAQAZİN
13:21 18.07.2021
2970
ARB TV-nin "Onun Sirri” verilişinin növbəti qonağı aktrisa Pərvin Abıyeva olub.

Məşhur aktrisa keçmiş nişanlısı haqqında maraqlı açıqlamalar edib.

O bildirib ki, ailəsi onun erkən yaşda ailə qurmağını istəyib.

"Anam təkid etdi. Xəstə ruhlu insan idi. Yaşına qədər yalan danışmışdı. Bir gün onun yalanları üzə çıxandan sonra anam dedi ki, istəmirəm ailə qurasız. Bu dəfə də mən tərslik etdim. Dedim, ayrılmıram. Sonra qara günlərim başladı. Manyak idi. 3 il məni şantaj etdi. Qorxurdum ailəm onun dediklərinə inanar. Nevroz xəstəliyi tapdım. Travmalar yaşadım. Mən də nişanlılıq dövrünü keçmişəm. Kim deyirsə, əli əlimə dəyməyib, boş söhbətdir. Məni ailəmlə hədələyirdi, qorxurdum. İşə girdim. Özümə telefon aldım. Onun bilməyini istəmirdim. Yolda telefonla danışdığım yerdə gəlib telefonu əlimdən alıb qaçırdı. İş yerimə gəlib, şantaj edirdi. Qışqırırdım, özümü yerə çırpırdım. Evdəkilər işə gedirdi. Tək qalırdım. Səhər onlar işə gedəndən sonra gəlib ev telefonunu xəttini ayırırdı. Qapını üstümə bağlayıb gedirdi. Evdəkilər gəlməzdən əvvəl də gəlib açıb gediridi.  58 kilodan 47 kiloya düşdüm. Həkimə getdim. Nə müalicə etsəm xeyri olmurdu”

Məşhur aktrisa nişanlısının onu atası ilə hədələdiyini də deyib. 

"Məni atamla hədələyirdi. Qohumlarımla görüşürdü, iş yerimdə mənə böyük problemlər yaratdı. Bir dəfə bir qohumumuzun evinə getdi. Ona dedilər ki, bu qızı bir də narahat etsən, sənə ətək geyindirib şəhərdə gəzdirərik. Mənə dedi ki, daha səni narahat etməyəcəm. Həbsə düşdü. Sonradan bildik ki, başına oyun açdığı tək mən deyilmişəm. Rusiyada həbs həyatı yaşadı. Azərbaycana gəldi, evləndi. Bir gün onun xanımı məndən kömək istədi. Külqabı ilə başını yarmışdı. Ona dedim ki, sənin yaşadıqlarının hamısını yaşamışam. Polisə get, şikayət et. Mən sənin arxanda dayanaram. Amma qız bu qədər şeydən sonra onunla evləndi. Bir oğlu da var” – deyə, Pərvin bildirib. 
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:07 24.09.2021

İtkin düşən çobanlardan xəbər var: Atları minaya düşüb

11:00 24.09.2021

Prezident İlham Əliyev: "Hamı Azərbaycan ordusunun irəliləməsinə öyrəşmişdi"

10:59 24.09.2021

Umayra Tağıyeva: "Bu ay havanın temperaturu 17 gün normadan yüksək olub"

10:58 24.09.2021

Azərbaycanda çörək sexi rəhbərini cərəyan vuraraq öldürdü

10:56 24.09.2021

Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakların sayı açıqlandı

10:52 24.09.2021

"44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq"

10:40 24.09.2021

Nazir: "Zəngəzur dəhlizi mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacaq"

10:39 24.09.2021

Azərbaycan Prezidenti: "Biz öz potensialımızı, nəyə qadir olduğumuzu bilirdik"

10:37 24.09.2021

17 il nazir olan Əhməd Əhmədov general rütbəsindən məhrum edildi

10:35 24.09.2021

"İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi gücünü əyani nümayiş etdirdi"

10:33 24.09.2021

Qəbələdə toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlandı

10:29 24.09.2021

İlham Əliyev: "Ermənistanın mümkün müharibə ilə bağlı öz fəaliyyət planı var idi"

10:26 24.09.2021

Kəlbəcərdə itkin düşən çobanlardan üç aydır xəbər yoxdur: Müdafiə Nazirliyi axtarışlara qoşuldu

10:16 24.09.2021

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

10:07 24.09.2021

Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasına başlanılıb

10:06 24.09.2021

Bakıda tıxac olan yolların SİYAHISI