Pərviz Bülbülə ona görə damarlarını kəsən qızdan danışdı - VİDEO

Pərviz Bülbülə ona görə damarlarını kəsən qızdan danışdı -  VİDEO
MAQAZİN
12:35 10.04.2013
14017

"Mənim adımdan istifadə edib o qızı məşhurlaşdırmaq istəyirlər"

5 gün əvvəl toyu olan məşhur meyxanaçı Pərviz Bülbülə ona görə intihara cəhd edən 14 yaşlı meyxanaçı Zema adlı qızdan danışdı. P.Bülbülə ANS PRESS-ə açıqlamasında baş verənlərin göründüyü kimi olmadığını bildirdi: "Əslində bu xəbər Zemanın məhşurlaşmasına hesablanmış bir addımdır. Mənim adımdan istifadə edib o qızı məşhurlaşdırmaq istəyirlər. Mənə Zemanın və xəbərini yayan "Facebook" səhifəsinin işlədən şəxsin telefon danışıqlarını verdilər. Qulaq asdım. Xəbəri yayan şəxs Zemaya təklif edir ki, gəl biz Pərviz Bülbülənin toyundan istifadə edib səni məşhurlaşdıraq. Guya sən Pərviz Bülbüləyə görə damarlarını kəsmisən və sairə. Bu xəbərlər partlayış olacaq və sən bir günün içində məşhur olacaqsan!"Pərviz Bülbülə həmin telefon danışığını bizə vermək istəsə də, sonda fikrindən vaz keçdi.Meyxanaçı baş verənlərdən çox narahat olduğunu deyir: "Mən evlənmişəm, belə xəbərlərin yayılması mənə heç də lazım deyil. Asan yolla məşhurlaşmaq istəyənlər kiminsə adından istifadə edir. Sabah bir başqası çıxıb şər atar ki, gündəmə gəlsin. Mən şou-biznesdə deyiləm, mənə bu cur reklam lazım deyil."Məşhurlaşmaq istəyən Zema guya fanatı olduğu Pərviz Bülbülənin toyundan xəbər tutan kimi intihara cəhd edib. "Damarlarını kəsdikdən" sonra yaxınlarının müdaxiləsi ilə həyata qaytarılan 14 yaşlı Zemfira bu açıqlamanı verib: "Özümü öldürmək istədim. Özümü dənizə atmaq istəmişəm, damarlarımı kəsmişəm. Yaxınlarım sağ olsunlar, vaxtında başa saldılar. Başa düşdüm. Mən onun şəxsi həyatına qarışmıram. Mən onun adi fanatıyam. Fanat kimi sevirəm onu. Sevgi var, amma sevən üçün. Düzdü sevgim qarşılıqsızdı, amma yenə də... Ancaq Pərvizi seçmişəm, özüm də əminəm ki, həyatımda başqası olmayacaq."

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü