Pərviz, Türkan və Damla "Maşın şou"dan imtina etdi

Pərviz, Türkan və Damla "Maşın şou"dan imtina etdi
MAQAZİN
12:26 30.05.2018
14810
Xəbər verdiyimiz kimi, "Maşın şou"nun növbəti buraxılışı başlayıb.
 
AZXEBER.COM xəbər verir ki, şouda 18 məşhur iştirak edəcək. 
 
Məlumata görə, layihənin rəhbəri Murad Dadaşov "Maşın"da bəzi iştirakçıları son anda dəyişib.
 
Belə ki, xalq artisti meyxanaçı Pərviz Bülbüləni, müğənnilər Türkan Vəlizadə və Damlanı da şouya dəvət edib. Ancaq adıçəkilən şəxslər şouda iştirakdan imtina ediblər. Buna səbəb kimi, onlar tamaşaçı auditoriyasının rəğbətini itirməkdən çəkindikləri üçün şouda iştirak etmək istəməyiblər. Türkan şouda iştirak etmək istəsə də, Pərviz buna qarşı olub və bu səbəbdən cütlük imtina qərarı veriblər.
 
Əvəzində isə viner Hüseyn Əzizoğlu və uzun müddətdir ki, efirdə və gündəmdə olmayan Günel Hümbətova adlı xanım şouya dəvət olunub.
OXŞAR XƏBƏRLƏR