'Peşəkar kadrların regionlara üz tutmasını stimullaşdırmaq lazımdır' - STATUS
Bütün Xəbərlər
21:05 21.04.2012
1175
"Düşünürəm ki, Dövlət Qulluğu haqqında qanuna dəyişikliklər lazımdır. Bu qanunda İnzibati Vəzifələrin Təsnifatı Toplusunda dəyişikliklər edərək Müvafiq İcra Hakimiyyəti orqanlarının yerli bölmələrində olan inzibati vəzifələrin daha üstün təsnifatda göstərilməsi lazımdır. Çünki belə olduğu halda regionlarda çalışan bir çox dövlət qulluqçularının maaşları daha rəqabət qabiliyyətli olar və gənc kadrlar regionlara daha çox üz tutar. AZXEBER.COM-un məlumatına görə, bu sözləri Ceyhun Osmanlı şəxsi "facebook" səhifəsində yazıb. "İrəli"nin sədri həmçinin qeyd edib ki, peşəkar kadrların regionlara üz tutmasını stimullaşdırmaq lazımdır: "Bəzən görürəm ki, Prezident yanında Dövlət Qulluğu Komissiyası tərəfindən bəzi regionlar üçün açılmış vakansiyalara müraciətlər çox az olur. Həkimlər və müəllimlər dövlət qulluqçusu olduqdan sonra bu onlara da şamil olunmalıdır. Peşəkar kadrların regionlara üz tutmasını stimullaşdırmaq lazımdır".