Peyğəmbərin vəfatı günü Yeni il bayramı ilə üst-üstə düşür? - RƏSMİ AÇIQLAMA

Peyğəmbərin vəfatı günü Yeni il bayramı ilə üst-üstə düşür? - RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
16:58 25.12.2013
3944
"Bizim hesablamalarımıza görə, Məhəmməd Peyğəmbərin (s.ə.a.s) vəfatının və onun nəvəsi İmam Həsənin (ə.s) şəhid olmasının növbəti ildönümü yanvarın 1-nə təsadüf edəcək. Amma bu barədə hələlik dəqiq qərar vermək olmaz".Bu barədəTrend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev bildirib.Onun sözlərinə görə, Məhəmməd Peyğəmbərin (s.ə.a.s) vəfatı və onun nəvəsi İmam Həsənin (ə.s) şəhid olduğu gün Hicri-qəməri təqvimi (Ay təqvimi) ilə Səfər ayının 28-nə təsadüf edir:"Miladi təqvimlə bunun dekabrın 31-nə düşüb-düşməyəcəyi isə hələlik dəqiq deyil. Bunu əvvəlcədən əminliklə demək olmur. Ola bilər ki, bu, dekabrın 31-nə yox, yanvarın 1-nə təsadüf etsin. Çünki bu, ayın görünməsindən asılıdır".Bır sıra vətəndaşlarımızın dekabrın 31-i axşam Yeni ilin gəlişini şənliklə qeyd edib-etməməkdə tərəddüdünə gəlincə, hacı Fuad Nurullayev bildirib ki, istər vəfatı qeyd etmək, istərsə də Yeni il adı ilə şənlik etmək istəyi hər bir insanın öz əqidəsindən asılıdır.
OXŞAR XƏBƏRLƏR