"Peyğəmbərlər Azərbaycanda yaşamaq istəyərdilər" - Mübariz Qurbanlı

"Peyğəmbərlər Azərbaycanda yaşamaq istəyərdilər" -  Mübariz Qurbanlı
Bütün Xəbərlər
16:37 16.09.2015
1222
“Bütün dinlər hazırda baş verənləri tənqid edir”.
Qafqazda yəhudilərin məskunlaşması, Qafqaz Albaniyasının olması daima bu bölgədə tolerantlıq olduğunu göstərib. İslamı qəbul etdikdən sonra da digər dinlərə qarşı dözümlü olmuşuq.
Azxeber.com Axar.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri “Dini və Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” adlı forumda çıxış edib.
Onun sözlərinə görə, dini və məzhəb müharibələri cəmiyyətləri məhvə aparır:
“Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar. Bizə Allah peyğəmbərlər göndərib. Həzrəti İsa, Həzrəti Musa, Həzrəti Məhəmməd və onlarla birlikdə kitablar göndərilib.
Bütün dinlər hazırda baş verənləri tənqid edir. Maraqlıdır, peyğəmbərlərdən hansısa bu gün sağ olsaydı, dünyanın hansı ölkəsində yaşamaq istərdi?! Mən belə düşünürəm ki, Azərbaycanda yaşamaq istəyərdilər”.
Tədbirdə Millətlərarası, Multikukturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Milli Məclisinin vitse-prezidenti Bahar Muradova, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Qafqaz Müsəlmanlar İdarəsinin sədrinin müavini Qəmər Cavadlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digərləri çıxış ediblər
OXŞAR XƏBƏRLƏR