Pezeşkian: İran nə meydanı, nə də danışıqlar masasını tərk edib

Pezeşkian: İran nə meydanı, nə də danışıqlar masasını tərk edib
DÜNYA
16:19 08.06.2026
244
İran heç bir təhdid qarşısında geri çəkilməyəcək.
 
Bu barədə İran Prezidenti Məsud Pezeşkian "X”-də bildirib.

Pezeşkian qeyd edib ki, milli təhlükəsizlik hökumətin prioritetidir.

O vurğulayıb ki, İran xalqının hüquqları qətiyyətlə müdafiə olunacaq.

İran Prezidentinin sözlərinə görə, ölkəsi nə meydanı, nə də danışıqlar masasını tərk edib.

Məsud Pezeşkian birlik və rasional yanaşma ilə "İranın bu sınaqdan da üzüağ çıxacağını” əlavə edib.
 
///apa
OXŞAR XƏBƏRLƏR