İran prezidenti Məsud Pezeşkian müharibəyə son qoymağın yeganə yolunun İsrailin hücumlarını qeyd-şərtsiz dayandırması olduğunu deyib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Pezeşkian məsələ ilə bağlı X sosial media hesabında paylaşım edib.
İran prezidenti deyib: "Biz həmişə sülh və əmin-amanlığın tərəfdarı olmuşuq. Bununla belə, hazırda tətbiq edilən müharibəyə son qoymağın yeganə yolu düşmənin öz hücumlarını qeyd-şərtsiz dayandırması və sionist terrorçulara avantürizmlərinə həmişəlik son qoymaq üçün qəti zəmanətin verilməsidir. Əks halda, düşmənə cavablarımız daha sərt və daha acınacaqlı olacaq".
Gülay