Pezeşkian: Müharibəyə son qoymağın yeganə yolu hücumların dayandırılmasıdır

Pezeşkian: Müharibəyə son qoymağın yeganə yolu hücumların dayandırılmasıdır
DÜNYA
13:18 20.06.2025
283
İran prezidenti Məsud Pezeşkian müharibəyə son qoymağın yeganə yolunun İsrailin hücumlarını qeyd-şərtsiz dayandırması olduğunu deyib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Pezeşkian məsələ ilə bağlı X sosial media hesabında paylaşım edib.

İran prezidenti deyib: "Biz həmişə sülh və əmin-amanlığın tərəfdarı olmuşuq. Bununla belə, hazırda tətbiq edilən müharibəyə son qoymağın yeganə yolu düşmənin öz hücumlarını qeyd-şərtsiz dayandırması və sionist terrorçulara avantürizmlərinə həmişəlik son qoymaq üçün qəti zəmanətin verilməsidir. Əks halda, düşmənə cavablarımız daha sərt və daha acınacaqlı olacaq".
 
Gülay
OXŞAR XƏBƏRLƏR