Pezeşkian: “Nə müharibə, nə də sülh vəziyyətindən çıxmalıyıq”

Pezeşkian: “Nə müharibə, nə də sülh vəziyyətindən çıxmalıyıq”
DÜNYA
15:03 10.06.2026
124
İran Prezidenti Məsud Pezeşkian ölkədəki iqtisadi problemlərə diqqət çəkərək "nə müharibə, nə də sülh” vəziyyətindən çıxmağın vacibliyini vurğulayıb.

AZXEBER.COM İran KİV-inə istinadən xəbər verir ki, Pezeşkian Tehranda ölkənin əvvəlki lideri Əli Xameneinin anım mərasimində çıxış edib.

Prezident bildirib ki, hazırda əsas prioritet ölkədə birliyin qorunmasıdır. O, ABŞ-nin tətbiq etdiyi iqtisadi sanksiyaların əhali üzərində ciddi mənfi təsirlər yaratdığını qeyd edib.

Xalq üzərindəki iqtisadi yükün azaldılmasının vacibliyini vurğulayan Pezeşkian, "Nə müharibə, nə də sülh vəziyyətindən çıxmalıyıq. Müharibə ölkənin maraqlarına uyğun deyil, lakin düşmən İran xalqının təslim olacağını düşünməməlidir”, – deyə bildirib.

Pezeşkian ölkədəki siyasi qruplara və rəsmilərə də çağırış edərək siyasi çəkişmələri bir kənara qoyub xalqın problemlərinin həllinə fokuslanmağın vacibliyini qeyd edib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR