Xəzərdə 4 balıqçı itkin düşüb.AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə dünən səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən 4 nəfərin balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxması və geri qayıtmamaları barədə məlumat daxil olub. Müraciət daxil olan kimi dərhal aidiyyəti qurumlar məlumatlandırılıb və Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub.