Pirşağıda kanalizasiya kollektorlarının tikintisi aparılır – Rəsmi açıqlama

Pirşağıda kanalizasiya kollektorlarının tikintisi aparılır – Rəsmi açıqlama
SOSİAL
15:33 08.07.2026
315
Pirşağı qəsəbəsi ərazisində dənizkənarı yol boyunca Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi icra olunur.

AZXEBER.COM xəbər verir ki, tikinti aparılan ərazidə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Belə ki, tikinti sahəsi mühafizə zolaqları və xəbərdarlıq nişanları ilə tam təmin edilib.

Qeyd olunub ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə Pirşağı qəsəbəsi ərazisində gecə saatlarında baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırma aparılması və rəsmi açıqlamanın alınması üçün aidiyyəti quruma müraciət edilməsi tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR