Pişik Günel: ‘Kiminçünsə gözəl və seksisən, kiminçünsə... ’

MAQAZİN
14:29 29.03.2012
17346

Müğənni Günel Ələkbərova neçə ildir səhnədə olmasına rəğmən, Röya qədər populyarlaşmamasının səbəbini açıqlayıb.

AZXEBER.COM-un məlumatına görə, O,“day.az”a müsahibəsində bu haqda suala belə cavab verib: «Çünki bunun üçün pul lazımdır. Mən banklardan kreditlər götürmək, məşhurlaşmaq üçün kimdənsə borc almaq istəmirəm. Olanlarla kifayətlənirəm». G.Ələkbərova hesab edir ki, səhnənin seks-simvolu və digər bu tipli adlar sadəcə boş sözlərdir: «Əgər bunun hesabına mənim imkanlarım genişlənəcəksə, qoy seks-simvol olum. Bu, sadəcə, boş adlardır. Mən səhnəyə yeni çıxarkən bir sıra saytlarda məni seks-simvol adlandırırdılar. Amma bu, əksinə, mənə maneələr yaradırdı. Çünki kiminçünsə gözəl və seksisən, kiminçünsə çirkin. Mənə belə titullar lazım deyil».

OXŞAR XƏBƏRLƏR