“Piyadalarla bağlı heç bir ciddi tədbir görülməyib” - Ekspert

“Piyadalarla bağlı heç bir ciddi tədbir görülməyib” - Ekspert
SOSİAL
12:15 02.12.2025
502
Son zamanlar piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. İnsanlar çox zaman səki və ya piyada keçidlərinin uzaq yerləşməsi, bəzən isə ümumiyyətlə olmaması səbəbindən avtomobil yolundan istifadə edirlər. Bu isə nəticə etibarilə ağır və bədbəxt hadisələrə gətirib çıxarır. 

Nəqliyyat eksperti Yasin Mustafayev AZXEBER.COM-a açıqlamasında deyib ki, uzun illər ərzində piyadalarla bağlı heç bir ciddi tədbir görülməyib:

"Uzun illər ərzində piyadalarla bağlı demək olar ki, heç bir ciddi tədbir görülməyib. Daha çox avtomobillər üçün yollar salınıb, səki və piyada keçidlərinə isə kifayət qədər diqqət ayrılmayıb. Son dövrlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaradıldıqdan sonra, həmçinin ondan əvvəl Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti dövründə bu istiqamətdə müəyyən addımlar atılıb. Ümumiyyətlə, insanların sıx olduğu şəhər mərkəzlərində keçidlər müxtəlif səviyyəli deyil, eyni səviyyədə olmalıdır. Mümkün qədər piyadaların yuxarı qalxıb, aşağı düşməsi kimi çətinliklər aradan qaldırılmalıdır. Piyada-yönümlü şəhərlərdə səkilər normal vəziyyətdə olur və eyni səviyyəli keçidlər sıx şəkildə yerləşdirilir”.


Ekspert bildirib ki, sıxlıqların əsas səbəblərindən biri də budur: 

"Mövcud sıxlıqların əsas səbəblərindən biri də budur. İnsanlar düşünürlər ki, harasa getmək üçün rahat və təhlükəsiz səki yoxdur, buna görə də şəxsi avtomobillərdən istifadə edirlər. Bu istiqamətdə bundan sonra daha ciddi addımlar atılmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR