‘Pizza İnn’ restoranında xarab olmuş məhsullar satılır

‘Pizza İnn’ restoranında xarab olmuş məhsullar satılır
Bütün Xəbərlər
12:23 17.04.2013
3508

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı 8 ünvanında "Pizza İnn" adı ilə fəaliyyət göstərən müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib. Dövlət Komitəsindən daxil olan məlumata görə, araşdırma zamanı müəssisədə yararlılıq müddəti bitmiş 4 ədəd Türkiyə istehsalı olan 350 qramlıq "Pinar" nişanlı "manqal sucuk" və 2 kq xarab olmuş mal əti aşkarlanıb. Bununla bağlı dərhal akt tərtib edilmiş və məhsulların istifadəsinə qadağa qoyulmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, müəssisədə istehsal olunan biskvitli-kremli tort və pirojnaların gigiyenik və uyğunluq sertifikatları yoxdur, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan istehsal olunur. Habelə müəssisədə məhsulların saxlanma şəraitinə nəzarət olunmadığı aşkarlanmışdır. Belə ki, məhsulların saxlanma rejimləri müxtəlif olsa da, onlar eyni şəraitdə saxlanılır, soyuducu kamerada məhsulların saxlanması zamanı mal qonşuluğu gözlənilmir, ət, balıq, ət qiyməsi ilə yanaşı, pendir, tortlar, tortlar üçün kremlər saxlanılır. Bişirilmiş və çalınmış qaymaqla hazırlanan kremlər və bu kremlərlə hazırlanan biskvitli-kremli tort və pirojnaların normativ sənədlər üzrə saxlanma müddəti cəmi 6 saat olduğu halda, bu məhsulların daha artıq müddətdə saxlanıldığı aşkarlanmışdır. Bu və digər nöqsanlarla əlaqədar olaraq, fiziki şəxs Natiq Qədirova pozuntuların 12 may 2013-cü il tarixinədək aradan qaldırılması barədə iradnamə, müəssisədə biskvitli-kremli tort və pirojnaların istehsalı və satışının qadağan edilməsi barədə tələbnamə verilmişdir.//trend

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh verdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh verdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA