PKK-nın Avropadakı “kassa”sı həbs edildi

PKK-nın Avropadakı “kassa”sı həbs edildi
Bütün Xəbərlər
20:04 09.06.2011
1205

Fransa məhkəməsi keçən həftənin cümə axşamı Parisdə keçirilən əməliyyat zamanı saxlanılan, aralarında PKK terror təşkilatının 3 tanınmış üzvü də daxil olmaqla, 5 nəfər barədə həbs qərarı verib.

Həbs olunanlar arasında PKK-nın Avropadakı kassası kimi tanınan Nedim Seven də var. 

Məhkəmə saxlanılanların terror təşkilatına maliyyə dəstəyi vermək və zorla xərac toplamaq ittihamı ilə mühakimə olunmasına qərar verib. Hakim Thierry Fragnolinin 3 ilik araşdırmasından sonra hazırladığı ittiham aktı çərçivəsində ümumilikdə PKK-nın Avropadakı 18 üzvünün mühakimə olunmasına iyunun 20-də başlanılacaq.

 

OXŞAR XƏBƏRLƏR