ROJ TV-nin terror təşkilatının yayım orqanını təsdiqləyən məhkəmə kanala yalnız pul cəzası verdi
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Danimarka məhkəməsi PKK terror təşkilatının yayım orqanı olan ROJ TV-nin bağlanmamasına qərar verib və yalnız pul cəzası ikə kifayətlənib.
Kopenhagen Şəhər Məhkəməsində avqustun 15-də başlayan məhkəmənin qərarı bu gün açıqlanıb. Məhkəmə ROJ TV-nin terror təşkilatı ilə əlaqəsinin olduğunu, PKK-dan pul aldığını, əməkdaşlarının terror hörgütü ilə bağlantısının olduğunu təsdiqləyib. ROJ TV-nin bağlı olduğu şirkət 400 min avro pul cəzasına layiq görülüb.
Türkiyənin Kopenhagendəki səfiri Əhmət Bərki Dibək də prosesi izləyib. Səfir qərarın açıqlanmasından sonra verdiyi açıqlamada dəlillər açıq şəkildə ortadaykən məhkəmənin qərarının anlaşılmaz olduğunu söyləyib. Dibər ROJ TV-nin yayımının apellyasiya mərhələsi bitincəyə qədər dayandırılmasını tələb edib. Kopenhagen Prokurorluğunun qərardan apellyasiya şikayəti verməsi gözlənilir.