Polşada Azərbaycanın təhsil sisteminin təqdimatı olub

Polşada Azərbaycanın təhsil sisteminin təqdimatı olub
GƏNCLİK
20:05 11.04.2011
1938

Azərbaycan Tələbələr Birliyindən AZXEBER.COM xəbər portalına daxil olan məlumata görə, tədbirdə Polşa ilə yanaşı Luksemburq, Çexiya, Macarıstan, Slovakiya, Rumıniya, Ukrayna kimi ölkələrdən tələbə birliklərinin nümayəndələri iştirak ediblər. Ölkəmizi tədbirdə Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov təmsil edib. Tədbirin açılış mərasiminə Polşa Respublikası Tələbə Parlamentinin, Vroslav şəhər administrasiyasının və Vroslav Universitetinin rəhbərliyi də qatılıb.

Tədbir zamanı mövzu ilə əlaqədar müzakirələr və təqdimatlar keçirilib. ATB sədri Elvin Aslanov da tədbir iştirakçıları və polşalı tələbələr üçün Azərbaycanda Bolonya prosesi və tələbə mərkəzli öyrənmə ilə bağlı təqdimat keçirib.

OXŞAR XƏBƏRLƏR