Polad Alemdarın atası öldürülür? - VİDEO

MARAQLI
12:51 18.01.2011
2265

Polad Alemdar tərəfindən yaralanan Ersoy Ulubey öz planlarını - Polada yaxın insanları öldürmək fikrini həyata keçirmək üçün ilk addımları atır. Adamları tərəfindən təcili yardım avtomobilindən qaçırılan Ulubey bu məqsədlə ilk olaraq Ömər babanın yaralı olaraq yatdığı reanimasiya otağına girir.

Filmin internetdə yayılan yeni seriyasının görüntülərindən məlum olur ki, atasını Ersoy Ulubeyin əlindən xilas etmək üçün xəstəxanaya gələn Polad Alemdar xoşagəlməz sürprizlə qarşılaşır. Reanimasiya otağında gördüyü mənzərə qarşısında şoka düşən Polad Alemdar göz yaşlarını saxlaya bilmir.

 

OXŞAR XƏBƏRLƏR