Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”

Polad Bülbüloğlu: “Qələbə marşını özüm yazacağam”
MƏDƏNİYYƏT
17:12 04.02.2020
5557

Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 75 illik yubileyi münasibəti ilə cəbhə bölgəsində "Gəl, ey səhərim” adlı konsert proqramı təşkil edib.

 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Beyləqan rayonuna gedən səfir cəbhə bölgəsində yerləşən "N” saylı hərbi hissədə olub. 2016-cı ildə Aprel döyüşlərində Lələ Təpə yüksəkliyini erməni işğalından azad edən həbi hissənin əsgər və zabitləri ilə görüşən Polad Bülbüloğlu, əsgərlərin şəraiti ilə tanış olub, onlarla bir yerdə nahar edib.

 

Əsgərlər qarşısında çıxış edən P. Bülbüloğlu bildirib ki, ən qısa vaxtda Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad edəcəyinə inanır: "Mən inanıram ki, Ali Baş Komandanın rəhbərliyi altında Şuşa işğaldan azad olacaq. Mən də öz ata yurduma gedəcəyəm və "Cıdır düzündə” siz əsgərlərin qarşısında konsert  verəcəyəm”.

 

P.Bülbüloğlu açıqlamasında bildirib ki, ön xəttə olduğu zaman Şuşa dağlarını görəndə duyğulanıb:

"Bu gün bura gəlmişik, istəyirəm ki, bu əsgərlər görsün ki, kimi qoruyurlar. Bu gün Şuşanın ətəyini görmək, Şuşanın dağlarını görmək məni çox duyğulandırdı. Bu gənc əsgərlərimizlə bir yerdə olmaq məni qürurlandırır. Mənim üçün, çox xoşbəxt bir gündür. Burada olmaq məni ilhamlandırdı. Qələbə marşını özüm yazacağam”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Paşinyanı qəbul etdi
02:32 24.09.2026
Ərdoğan Paşinyanı qəbul etdi
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
01:13 24.09.2026
“Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir” - Pezeşkian
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
00:47 24.09.2026
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
00:36 24.09.2026
Bakı və bu rayonlarda yaşayanlara ŞAD XƏBƏR – Bu qərar onları sevindirəcək
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
00:24 24.09.2026
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Bürclər bu günə nə deyir?
00:12 24.09.2026
Bürclər bu günə nə deyir?
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
00:07 24.09.2026
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat - VİDEO
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23:51 23.09.2026
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
23:43 23.09.2026
30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
23:38 23.09.2026
Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
23:36 23.09.2026
Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
23:12 23.09.2026
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
23:08 23.09.2026
Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
22:54 23.09.2026
2026-cı ilin payız bərabərliyi: Hər BÜRC üçün nələr gətirir?
Sabah bu ərazilərdə işıq olmayacaq
22:44 23.09.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO
22:32 23.09.2026
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - VİDEO