Polad Bülbüloğlu Rusiya-Azərbaycan əlaqələrindən danışıb: "Qonşular arasında hər zaman problemlər ola bilər”

Polad Bülbüloğlu Rusiya-Azərbaycan əlaqələrindən danışıb: "Qonşular arasında hər zaman problemlər ola bilər”
SİYASƏT
15:53 27.03.2021
719
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakı-Moskva əlaqələrini şərh edib.

Səfir APA-ya müsahibəsində deyib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir. O, bir müddət əvvəl pomidor və almaların ixrac olunması ilə bağlı problemlər yarandığını da xatırladıb. 

"Onlar artıq həll olunub. Bir sözlə Rusiya ilə biz tam tərəfdaş kimi işləyirik. Gündəlik işlərimiz çoxdur. Təbii ki, qonşular arasında hər zaman problemlər ola bilər. Amma bu problemlərin hamısı həll olunan problemlərdir. İki ölkənin ticarət dövriyyəsindəki rəqəmlər artır. Azərbaycanla Rusiya arasındakı münasibətlərdə mən ciddi problem görmürəm”, - deyə səfir bildirib.

Onun sözlərinə görə, Rusiya bizim böyük qonşumuzdur: "Rusiya ilə sərhədimiz var. Bu regionda Rusiya ən böyük ölkədir. Rusiya ilə münasibətlərimizdə nə etmək lazımdır, buna cənab Prezident İlham Əliyev özü istiqamət verir”.

İki ölkə arasındakı gündəlik məsələlərə gəlincə, P.Bülbüloğlu qeyd edib ki, hər kəs öz vəzifəsində Rusiyanın önəmini başa düşməlidir:

"Təbii ki, bundan irəli gələn məsələləri həll etməlidir. Bu gün iki ölkə arasında böyük ticarət dövriyyəsi var. Azərbaycandan kənd təsərrüfatı malları əsasən Rusiyaya gəlir. Niyə görə Rusiya ilə münasibətlərimiz pis olmalıdır ki?”.

Səfir problemlərə də toxunub:

"Bəli, problemlər var. Hər bir qonşu arasında problemlər var. Hər bir ailədə də problemlər olur. Niyə görə biz hansısa mövcud problemləri həll etməməliyik? Ona görə də hesab edirəm ki, Rusiya ilə ciddi, işgüzar, tərəfdaş və dostluq əlaqələri hər zaman olub, var və bundan sonra da bu əlaqələr genişlənməlidir”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
23:59 10.10.2026
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
23:53 10.10.2026
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
23:42 10.10.2026
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Azərbaycanlı gənc Polşada vəfat etdi
23:31 10.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi