Azxeber.com portalının “Habertürk”ə istinadən verdiyi xəbərə görə, filmin aktyorları Gökhan Uyqun (Memati), Kenan Çoban (Abdülhey) və Erdem Ergüneyin (Dəli Hikmət) Adana şəhərində qaldıqları oteldə fahişə sifariş vermələri yeni sənədlərlə təsdiqini tapıb. İddialarına görə, filmin sponsoru Y. Alpay təqsirləndirilən Ç. Çetinə zəng vuraraq, filmin aktyorları üçün 4 qadın istəyib. Yaxalanan qadınlar da aktyorlarla münasibətdə olduqlarını iddia ediblər.
Qadınlardan birinin iddiasına görə isə filmin baş rol ifaçısı Necati Şaşmaz (Polad Alemdar) üçün də otelə bir qadın göndərilib.
Türkiyənin “Habertürk” qəzeti mövzu ilə bağlı yeni sənədlər əldə edib. Sənədlərdə filmin Adanalı sponsoru Y. Alpayın qadınlara zəng etməsi və qadınların aktyorlarla birlikdə münasibətdə olması qeyd edilib.
Azxeber.com portalı həmin sənədin fotosunu təqdim edir...