Polis 12 yaşlı uşağı güllələdi - FOTOLAR + VİDEO

DÜNYA
10:44 27.11.2014
1991
ABŞ-da ölkəni silkələyə biləcək daha bir hadisə baş verib. Ohayo ştatındakı Klivlend şəhərində polis 12 yaşlı oğlanı güllələyib.
AZXEBER.COM Fox 8-ə istinadən bildirir ki, həmin oğlanın şənbə günü polislərə atəş açdığı bildirilir.
İnsident noyabrın 22-də, yerli vaxtla 15.30 radələrində "Cudell Recreation Center" əyləncə parkının yaxınlığında baş verib.
Polisdən verilən məlumata görə, onlar silahlı şəxs barədə informasiya alıblar. Hadisə yerinə yollanmış polis zabitləri əlində qəribə silah olan oğlanı görüblər.
Polislər oğlana əllərini qaldırmağı əmr ediblər. 12 yaşlı oğlan əmrə tabe olmayaraq silahını çıxarmaq istəyəndə polis zabiti, 26 yaşlıTimoti Lehmanatəş açıb.
Ağır yara almış 12 yaşlı Temir Reys "MetroHealth" hospitalına aparılıb. Orada bəlli olub ki, uşaqda pnevmatik tapança varmış.
Oğlana atəş açaraq onu güllələmiş polis zabiti istintaq başa çatanadək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıb.
Polislərdən biri topuğundan travma alıb və "Fairview" hospitalına aparılıb.
Tamir Reysin güllələnərək qətlə yetirilməsi Klivlend şəhərində kütləvi etiraz aksiyalarına və mitinqlərə səbəb olub.
OXŞAR XƏBƏRLƏR