Polis 6 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxardı

Polis 6 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxardı
KRİMİNAL
12:49 07.05.2026
305
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 31 yaşlı Sənan Muxtarov saxlanılıb.
 
AZXEBER.COM xəbər verir ki, araşdırma zamanı ondan ümumilikdə 6 kiloqram 765 qram həşiş və marixuana aşkarlanaraq götürülüb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir
OXŞAR XƏBƏRLƏR