Polis ayağa qalxdı

Polis ayağa qalxdı
Bütün Xəbərlər
11:37 17.07.2014
824
Salyan rayon polis şöbəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat axtarış tədbirləri həyata keçiriblər.Daxili işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və çoxsaylı oğurluq cinayətləri törətmiş şəxsləri yaxalanar məsuliyyətə cəlb edilib.Belə ki, İlham Abbasov adlı vətəndaşın külli miqdarda narkotik maddə satışı ilə məşğul olması barədə polisə əməliyyat məlumatı daxil olub. Məlumat daxil olduqdan sonra o nəzarətə götürülüb.Əməliyyatçılar İlham Abbasovu saxlamaq istəyərkən o əlindəki şübhəli bağlamanı ataraq qaçmaq istəyib. Lakin buna nail ola bilməyib. Bağlamaya baxış zamanı 1 kiloqramdan çox narkotik maddə olan həşiş qatranı aşkarlanaraq maddi sübut kimi götürülüb.Saxlanılan şəxs bildirib ki, narkotik maddəni İran İslam Respublikasının tanımadığı vətəndaşından satmaq məqsədilə alıb. Lakin ələ keçdiyindən narkotik maddəni realizə edə bilməyib.Salyan polisinin keçirdiyi digər əməliyyat nəticəsində rayon ərazisindəki evlərdən oğurluqlar etmiş 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.Belə ki, Kürqaraqaşlı kənd sakini Taleh Eyvazov evindən külli miqdarda qızıl zinət əşyaları və pul oğurlanması barədə polisə məlumat verib. Dərhal istintaq əməliyyat tədbirlərinə başlanılıb və cinayəti törətmiş şəxslər - Təbriz Bağırov, Ramiq Hüseynov və Fərid Gülməmmədov müəyyən edilərək saxlanılıb.Dəstə üzvləri bildiriblər ki, gözəgəlimli evləri müəyyən edərək əvvəlcə ətrafda müşahidələr aparıblar. Daha sonra isə ev sahiblərinin evdə olmadığı vaxtlarda qapını və ya pəncərəni sındırma yolu ilə içəri daxil olublar. Təbriz Bağırovla Ramiq Hüseynov otaqları axtarıb. Fərid Gülməmmədov isə pusquda dayanaraq gəlib gedənə nəzarət edib. Təkcə vətəndaş Taleh Eyvazovun evindən 3860 manat dəyərində qızıl və külli miqdarda nəğd pul talanıb.İstintaqla daha sonra dəstə üzvlərinin digər cinayətlər törətdiyi də üzə çıxıb. Məlum olub ki, saxlanılan şəxslər ayrı-ayrı vaxtlarda vətəndaşların evlərinə girərək pul, qızıl və həyətyanı sahələrdən mal-qara da oğurlayıblar.Aparılan digər əməliyyat axtarış tədbirləri nəticəsində 2014-cü ilin əvvəllərindən başlayaraq rayon ərazisindəki kəndlərdən vətəndaşlara məxsus xeyli sayda iri və xırda buynuzlu mal qara oğurlayan şəxslər də tutularaq istintaqa təhvil verilib.Əməliyyat zamanı Mənsur Məmmədzadə və Amal Mehdiyev mal-qara oğurlayarkən polis əməkdaşları tərəfindən cinayət başındaca yaxalanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib